XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Noyabr 2017 - 00:53

Puçdemonun həbsi üçün Avropa orderi verildi –Məhkəmə qərarı

İspaniyanın Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun həbsinə Avropa orderi verib.

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, məhkəmənin qərarı həmçinin Kataloniya hökumətinin 4 sabiq üzvünə də şamil edilir. Onlar Kataloniya qeyri-qanuni yolla müstəqillik elan etdikdən sonra qiyam, üsyana təhrik etmədə,  vəzifə səlahiyyətlərindən sui-istifadədə və itaətsizlikdə ittiham olunurlar.

K.Puçdemon və digər kataloniyalı məmurlar noyabrın 2-3-də İspaniyada məhkəməyə gəlməkdən imtina ediblər.

Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır. Avropa qanunlarına uyğun olaraq, Avropa orderi verildikdən sonra K.Puçdemonu Belçika polisi həbs etməlidir.  (APA)