XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 10:03

Səfir:"İranla Qərb dövlətləri arasında imzalanmış razılaşmanın pozulması yolverilməzdir"

Almaniyanın İrandakı səfiri Maykl Klor Berhtol İran ilə Qərb dövlətləri arasında imzalanmış razılaşmanın pozulmasını yolverilməz hesab edib.

Səfir bildirib ki, 2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı beynəlxalq sənəddir və heç bir tərəf bunu poza bilməz. Onun sözlərinə görə bu sənədin imzalanmasında rəsmi Berlin çox səylər göstərib. İrana qarşı tətbiq edilmiş sanksiyalar aradan götürüldükdən sonra iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 15 faiz artıb.

Almaniyalı diplomat ABŞ Prezidenti Donald Trampın İrana qarşı çıxışlarına toxunaraq bildirib ki, Amerika İrana investisiya axınının qarşısını almağa çalışır.

Səfir bəyan edib ki, Almaniya bundan sonra da Hərtərəfli Birgə Fəaliyyət Planını dəstəkləyəcək(azərtac).