XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 10:58

Tramp Filippinə gedəcək- Noyabrın 12-də

ABŞ Prezidenti Donald Tramp Filippində keçiriləcək Şərqi Asiya sammitində iştirak etmək niyyətində olduğunu bildirib.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, D.Tramp noyabrın 3-də Asiya ölkələrinə səfəri ərəfəsində jurnalistlər qarşısında çıxış edib. ABŞ Prezidenti bildirib ki, böyük konfransda iştirak etmək üçün o, Filippinə səfərinin müddətini uzadacaq.

D.Tramp noyabrın 12-də Filippində olmağı planlaşdırır. Manilada olduğu dövrdə o, Cənubi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) tərkibinə daxil olan ölkələrin liderləri ilə görüşməyi, noyabrın 14-nə planlaşdırılan Şərqi Asiya sammitinə qatılmadan ölkəsinə dönməyi planlaşdırırdı.

Qarşıdakı sammitdə şübhəsiz ki, əsas mövzulardan birinin Şimali Koreyanın raket və nüvə proqramları olacaq. Sammitdə ASEAN üzvü olan 10 ölkə ilə yanaşı, Yaponiya, Çin və digər ölkələrin liderlərinin iştirakı da gözlənilir.