XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 11:58

Təyyarələr eniş edə bilmədi- Güclü küləyə görə

Rusiyanın Krasnoyarsk şəhərində güclü küləklə əlaqədar 6 təyyarə hava limanına eniş edə bilməyib.

Trend-in məlumatına görə, eniş edə bilməyən təyyarələr yaxınlıqdakı digər hava limanlarına yönləndirilib və ya geri qayıdıb.

Qeyd olunur ki, 4 reys Abakan şəhərinə, bir reys Kemerovo şəhərinə yönləndirilib.

Məlumata görə, Novosibirskdən olan reys isə geri qayıdıb.