XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Noyabr 2017 - 14:44

Trampın sabiq mühafizəçisi ifadə verəcək- Moskvaya səfəri barədə

ABŞ Prezidenti Donald Trampın keçmiş mühafizəçisi Kit Şiller 2013-cü ildə Moskvaya səfəri barədə suallara cavab verməlidir.

Azərtac “Washington Post” qəzetinə istinadla xəbər verir ki, Şillerin noyabrın 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsində ifadə verməsi gözlənilir. Ona Trampın dosyesi və Federal Təhqiqatlar Bürosunun sabiq başçısı Ceyms Komi barədə suallar veriləcək.

Bir qədər əvvəl “New York Times” qəzetində dərc olunan məqaləyə əsasən, demokratlar və Trampın respublikaçılar arasında olan düşmənləri 2015-ci ildə milyarderin prezidentliyə namizəd olduğu vaxtlar onun məşğuliyyəti və daşınmaz əmlak biznesi ilə bağlı qalmaqalların əks olunduğu dosye hazırlamaq üçün Qlenn Simpsonun başçılıq etdiyi “Fusion GPS” tədqiqat firması ilə razılaşıb. 2016-cı ildə Simpson bu işə Britaniyanın sabiq Mİ-6 agentini də cəlb edib. “BuzzFeed” resursu tərəfindən dərc edilən anonim sənəddə iddia olunur ki, “rusiyalı agentlər” Trampa qarşı informasiyaya malikdir. Ağ ev isə öz növbəsində müəlliflərin iddiasını qəti şəkildə rədd edir.

ABŞ Konqresində Trampın qalib gəldiyi prezident seçkilərinə “Rusiyanın müdaxiləsi” məsələsinə dair müstəqil təhqiqat aparılır. Federal Təhqiqatlar Bürosu da analoji təhqiqatla məşğuldur. Həmçinin KİV-lərdə mütəmadi olaraq Trampın seçki qərargahı üzvləri ilə rusiyalı məmur və biznesmenlər arasında görüşlərin olduğu barədə informasiyalar yer alır.

Rusiya tərəfi bu ittihamları dəfələrlə təkzib edib və onları tam əsassız adlandırıb.