XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 15:58

Livanın baş naziri istefa verdi- Özünə qarşı təxribat hazırlandığını ehtimal edir

Livanın baş naziri Saad əl-Həriri istefa verib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, o, vəzifəsindən ayrılması ilə bağlı xəbəri efirdə çıxışı zamanı açıqlayıb. 

Saad əl-Həriri çıxışında həmçinin hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı günlərin ab-havası ilə eyni olduğunu bildirib. 

O, İranı və "Hizbullah"ı da kəskin tənqid edib, rəsmi Tehranı ərəb dövlətlərinin əlaqələrinə müdaxilə etməkdə günahlandırıb. 

Saad əl-Həriri özünə qarşı təxribat hazırlandığını da hiss etdiyini vurğulayıb. 

Qeyd edək ki, Saad əl-Həririnin atası Refik əl-Həriri 1992-1998 və 2000-2004-cü illərdə Livanın baş naziri olub və istefa verdikdən sonra, 2005-ci il fevralın 14-də sui-qəsd nəticəsində ölüb