XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 17:48

OPEC+:"Səudiyyə Ərəbistanı neft ehtiyatlarını azaltmağa çağırır"

Səudiyyə Ərəbistanının energetika naziri Xaled ben Abdel al-Faleh OPEC və qeyri-OPEC ölkələrini (OPEC+) neft ehtiyatlarının azaldılması istiqamətində intensiv fəaliyyəti davam etdirməyə çağırıb. “Missiya (hasilatın ixtisarı-red.) başa çatmayıb, biz bunun üçün çox iş görməliyik”.

Azərtac xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, al-Faleh bu fikri Daşkənddə Özbəkistanın Baş naziri Alişir Sultanov, Rusiya və Qazaxıstanın energetika nazirləri Aleksandr Novak və Kanat Kozumbayev ilə görüşünün nəticələrini şərh edərkən bildirib. O, həmçinin deyib ki, sazişin iştirakçısı olan bütün ölkələr etiraf edirlər ki, zəruri iş heç də axıradək yerinə yetirilməyib.

Bundan əvvəl OPEC-in bir sıra nazirləri sövdələşmənin taleyinin OPEC+ ölkələrinin noyabrın 30-da Vyanada keçirilməsi nəzərdə tutulan görüşündə həll olunacağını deyirdilər.

Xatırladaq ki, mövcud razılaşmanın müddəti 2018-ci il martın 31-də başa çatır.