XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 19:26

BMT:"Suriyada qaçqın düşərgələrindəki vəziyyətin acınacaqlıdır"

BMT Suriyanın Ət-Tanf şəhərində yerləşən qaçqın düşərgələrində humanitar vəziyyətin ağırlaşmasından narahatdır. 

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ali Komissarlığının Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsi bəyanat yayıb. 

Sənəddə qeyd olunub ki, hazırda 50 minə yaxın şəxs Suriya-İordaniya sərhədində, Rukban səhrasında çətin şəraitdə yaşayır. 

BMT-nin humanitar məsələlərinin koordinasiyası idarəsinin mətbuat katibi Yens Lerke bildirib ki, son bir il ərzində BMT iki dəfə həmin əraziyə humanitar yardım göndərib: "Son yardımın göndərilməsindən 4 ay vaxt keçib. Düşərgədə vəziyyət çox acınacaqlıdır, qışın yaxınlaşması ilə daha da ağırlaşır".

Onun sözlərinə görə, hazırda düşərgədəki dinc əhaliyə kömək edilməsi üçün şəraitin yaradılması vacibdir.