XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 21:32

Sakit okeanda zəlzələ olub- 5,6 bal gücündə

Sakit okeanda Tonqa dövlətinin sahillərində 5,6 bal gücündə zəlzələ olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verib.

Zəlzələ yerli vaxtla bu gün saat 4.24-də qeydə alınıb. Yeraltı təkanların episentri Xixifo yaşayış məntəqəsindən 95 km şimal-şərqdə yerləşib. Ocağı 10 km dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.

Qeyd edək ki, bir müddət öncə adalrda daha güclü 6,9 bal gücündə zəlzələ baş verib.