XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2017 - 09:30

Səudiyyə Ərəbistanında 11 şahzadə və 4 nazir həbs edildi –Korrupsiyada ittiham olunurlar

Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin həbs edilməsinə dair qərar qəbul edib.

“RİA Novosti”nin  verdiyi xəbərə görə, yerli mətbuatda bildirilir ki, şahzadələrdən biri silah-sursatın tədarükü ilə bağlı qanunsuz sazişlər imzaladığı üçün həbs edilib. Digər şahzadə saxta müqavilələr imzalamaqda, daha biri isə pulların “yuyulması”nda ittiham olunur.   

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi  kralın fərmanı ilə dünən, noyabrın 4-də yaradılıb.