XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

05 Noyabr 2017 - 15:39

“Livanın baş nazirinin istefası regionda çaxnaşma yaratmaq üçün yeni ssenaridir” –İran XİN

“Baş nazirin bu istefası  regionda çaxnaşma yaratmaq üçün yeni ssenaridir”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri  İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Səid Həririnin istefa qərarına münasibət bildirirəkən deyib.  Bəhram Qasimi Həririnin İranın regiondakı roluna qarşı verdiyi bəyanatları  rədd edib: “Səd Həririnin qəfil istefası və bunu başqa bir ölkədə bildirməsi nəinki təəccüb və təəssüfə səbəb olur hətta onun regionun bədxahlarının meydançasında oynadığını göstərir. Bu meydançanın qalibi öz varlığını regionun müsəlman ölkələri arsında çaxnaşmada görə sionist rejimdir”

Qasimi deyib ki, İran daima region ölkəlrində sülh və sabitliyin mühafizəsini istəyir və öz mənafeyini bütün qonşu və region ölkələrinin iqtisadi inkişafında görür.

İran XİN sözçüsü Tehran ilə Beyrut arasında əlaqələrin yüksək səviyyədə olduğunu xatırladıb:  “Livanın prezidenti Mişel Ounun da son günlərdə dediyi kimi İran Livanla yüksək səviyyədə siyasi əlaqələrə malikdir. O, İranın Livana müdaxilə ittihamını rədd etdi. İran daima Livanın müstəqilliyi və sabitliyinin mühafizəsinə hörmətlə yanaşır və iki ölkəni maraqlandıran sahələrdə qarşılıqlı əməkdaşlıqlara hazır olduğunu həmişə bildirib”.