XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2017 - 16:47

Kərkükün mərkəzində partlayş törədilib –Ölənlər var

İraqın şimalında yerləşən Kərkük şəhərinin mərkəzində, bilavasitə İraq Kürdüstanı yaxınlığında güclü partlayış baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Bildirilir ki, mərkəzi küçələrdən birində kamikadze üzərinə bağladığı partlayıcı qurğunu işə salıb. Terror aktı İraqın hərbiləşdirilmiş "Haşd əş-Şabi" döyüşçülərinin yaxınlığında törədilib.

Nəticədə bir neçə nəfər ölüb, azı 7 nəfər yaralanıb.