XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2017 - 20:31

Xameneyi İran ordusunun rəhbərliyini dəyişdi –Yeni ordu komandanı və müavinlər təyin olundu +FOTO

İranda Silahlı Qüvvələrin rəhbərliyi dəyişdirilib.

Strateq.az İranın dövlət televiziyasına istinadən bildirir ki, ölkənin dini rəhbəri Xameneyinin fərmanı ilə general-mayor Məhəmməd Hüseyn Dadrəsi İran ordusunun baş komandan əvəzi, kont-admiral Həbibullah Səyyari ordunun koordinator müavini, kontr –admiral Hüseyn Xanzadin İranın Dəniz Qoşunlarının komandanı təyin olunub.

Məhəmməd Hüseyn Dadrəsin və digərlərinin fərmanında qeyd olunur ki, bu təyinatla  orduda kəşfiyyat və əməliyyat hazırlıqlarının yüksəldilməsi və onun işçilərinin başlıca məişət ehtiyaclarının aradan qaldırılması gözlənilir.