XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2017 - 22:40

Kim Çen Inın qardaşını öldürmüş qatillərin adları məlum olub –Malayziya polisi açıqladı

Malayziya polisi Şimali Koreyanın lideri Kim Çen Inın qardaşının ölümündə təqsirli bilinən şəxslərin adlarını açıqlayıb.

AZƏRTAC “Malaysian Insight” portalına istinadla xəbər verir ki, əvvəllər Hanamori adı ilə tanınan 57 yaşlı Li-Çe-nam (Ri Jae-nam), 34 yaşlı Xon Son-xa (Mister Çanq), 33 yaşlı Li Çi Xyon və 57 yaşlı O-Çon-kil qətldən bir neçə həftə əvvəl ayrı-ayrılıqda Malayziyaya gəliblər.

Nəşrin məlumatına görə, onlar yanvarın 31-dən fevralın 7-dək Kuala Lumpura gəliblər.

Şimali Koreya vətəndaşı, Kim Çxolun adına pasporta malik olan şəxs Kuala Lumpur beynəlxalq aeroportunda fevralın 13-də vəfat edib. Polis onun dərisində beynəlxalq konvensiyalarla qadağan edilən VX kimyəvi maddəsinin izini aşkar edib. Cənubi Koreya həlak olanın Kim Çen Nam olduğunu bildirib və bu, sonradan ekspertiza yolu ilə təsdiqini tapıb. Həmin şəxsin ölümündə ABŞ Şimali Koreyanın hakimiyyət orqanlarını günahlandırıb.