XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 13:43

Ər-Riyadda istefa verən və Tehranı ittiham edən Livanın baş naziri Dubaya getdi –Səbəb

Livanın istefa vermiş baş naziri Saad Hariri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan ayırılaraq Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə yollanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, S.Hariri BƏƏ-də Əbu-Dabinin varis şahzadəsi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed əl-Nəhyanla görüşmək niyyətindədir.

Xatırladaq ki, S.Hariri noyabrın 4-də "Al Arabiya" telekanalının efirində Livanın baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, çıxışında İranın bölgədəki siyasətini və Livandakı "Hizbullah" hərəkatını ciddi tənqid edib, rəsmi Tehranı ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edib, həmçinin həyatının təhlükədə olduğunu söyləyib.

Tehran bu ittihamları rədd edərək Hariri ilə "Hizbullah" arasındakı münaqişənin məsuliyyətini ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın üzərinə qoyub.