Ukrayna Ali Radası bu gün ölkənin daxili işlər naziri Arsen Avakovun istefaya göndərilməsi məsələsini nəzərdən keçirməyi planlaşdırır.
"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qətnamə layihəsi gündəliyə hakim "Petro Poroşenko bloku"ndan olan deputat Sergey Kaplinin təşəbbüsü ilə salınıb.
Xatırladaq ki, oktyabrın 31-də DİN başçısının oğlu Aleksandr Avakov Ukrayna Milli Antikorrupsiya Bürosunun əməkdaşlarının axtarış keçirməsindən sonra saxlanılıb. O, DİN-ə tabe olan Milli Qvardiya üçün çanta partiyası satınalınması zamanı fırıldaqçılıq etməkdə ittiham olunub. Noyabrın 1-də Kiyevin Solomenski Rayon Məhkəməsi onu ilk tələbdə gəlmək öhdəliyi götürməklə azad edib.
A.Avakov isə nə özünün, nə də oğlunun çantalarla heç bir əlaqəsinin olmadığını bildirib.