XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 22:30

Rusiya yeni strateji atom sualtı gəmisi yaradır –Generallar detalları açıqladı

Rusiyada yeni strateji atom sualtı gəmisinin yaradılmasına başlanılıb.

Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında bildirib. 

"Göstəriciləri yaxşılaşdırılmış "Borey-B" atom sualtı kreyserinin yaradılmasına başlanıb. "Borey" tipli sualtı gəmilər artıq strateji nüvə qüvvələrinin tərkibinə daxil olmağa başlayıb. Bu, müasir strateji sualtı qayıqların payını 82 faizə qaldırmağa icazə verir. Bu submarinlər üçün beş il ərzində 102 ballistik raket əldə olunub", – deyə V. Gerasimov qeyd edib.

Baş Qəraragah rəisi strateji tapşrıqları yerinə yetirən raketli sualtı qayıq qruplaşmalarının döyüş imkanının 25 faiz artdığını söyləyib: "Bundan başqa, dəniz strateji nüvə qüvvələrinin gizliliyi və döyüş davamlılığı da artıb".

Gerasimov "Borey-A" tipli beş nüvə sualtı qayığının hazırda inşa mərhələsində olduğunu da xatırladıb/APA.