XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 10:12

Tramp əleyhinə etiraz aksiyası keçirilib- Seulda

Koreya Respublikasının paytaxtı Seulda ABŞ Prezidenti Donald Tramp əleyhinə etiraz aksiyası keçirilib.

Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, aksiya Donald Trampın Koreya Respublikasının Milli Assambleyasında çıxışı zamanı elə parlamentin binası qarşısında keçirilib. Təxminən 8 min nəfərin qatıldığı aksiya iştirakçıları Tramp əleyhinə şüarlar səsləndirib, onu sülhü pozmaqda və irqi ayrı-seçkilikdə günahlandırıblar.

Aksiya ABŞ Prezidentinin parlament binasına gəlməmişdən bir saat əvvəl başlayıb. Seul polisi təhlükəsizliyi təmin etmək üçün parlament binasının ətrafına 18 min nəfərlik qüvvə cəlb edib.

Tramp əleyhdarlarına qarşı olan qüvvələr də eyni yerdə aksiya keçirib. İki qrup arasında ciddi toqquşma qeydə alınmayıb.