XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2017 - 10:58

Lavrov:"Putin Trampla görüşməyə hazırdır"

Rusiya prezidenti Vladimir Putin Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığının sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyə hazırdır.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, görüşün qrafiki razılaşdırılır. “Biz Donald Trampın Rusiya prezidenti ilə görüş planlaşdırdığını eşitdik. Prezident Putin də bu görüşə hazırdır. Amerikalılar bunu bilir”, – deyə o, söyləyib
 
Qeyd edək ki, Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək.