Yaponiyanın Humma prefekturasında yük helikopteri qəzaya uğrayıb. İlkin məlumata əsasən, helikopteri göyərtəsindəki 4 nəfərin hamısı həlak olub.
Azərtac Yaponiyanın Nippon Television Network telekanalına istinadla xəbər verir ki, AS-332 tipli helikopter Uenomura qəsəbəsinin administrasiya binasından 300 metr məsafədə yerə çırpılıb və alışıb.
Hazırda hadisə yerində yanğınsöndürənlər və polis əməkdaşları işləyir.
Qəzanın başvermə səbəbləri araşdırılır.