XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 14:45

Nyu-York meri seçilən demokrat Blazionun devizi:daha çox ədalət

İkinci müddətə – 2022-ci ilədək yenidən Nyu-York meri seçilən demokrat Bill De Blazionun devizi belədir: daha çox ədalət.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, De Blazio ABŞ Prezidenti Donald Trampın barışmaz opponenti kimi tanınır. 56 yaşlı mütəxəssis Afrika əsilli amerikalı qadınla evlənib. Nyu-York merinin milyarderlərdən xoşu gəlmir. O, Bruklində tərəfdarları qarşısında çıxışı zamanı meqapolisi “ABŞ-da ən ədalətli şəhərə” çevirmək, təhsilə xərcləri genişləndirmək vədi verib.

Xatırladaq ki, noyabrın 7-də keçirilmiş seçkilərdə De Blazio səslərin 66,4 faizini, onun əsas rəqibi – respublikaçı Nikol Malliotakis isə 27,8 faizini toplayıb.

“New York Post” qəzetinin məlumatına görə, seçkidə təxminən 24 faiz iştirak qeydə alınıb və bu, rekord aşağı göstəriciyə yaxındır. Belə ki, 2013-cü ildə də Nyu-York meri seçkilərində şəhərin 4,3 milyon seçicisinin yalnız dörddəbiri iştirak etmişdi.