XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 16:05

ABŞ Asiya və Yaxın Şərqdə hərbi əməliyyatlara4,3 trilyon dollar xərcləyib

ABŞ 2001-ci ildən bəri İraq, Suriya, Əfqanıstan və Pakistanda hərbi əməliyyatlara, habelə milli təhlükəsizliyin gücləndirilməsinə və veteranlara yardım göstərilməsinə 4,3 trilyon dollar xərcləyib. Növbəti maliyyə ilində isə bu məbləğ 5,6 trilyon dollara yüksələ bilər.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Broun Universiteti yanında Uatson Beynəlxalq Tədqiqat İnstitutunun araşdırmalarında yer alıb. Ekspertlərin hesablamalarına görə, ABŞ-ın hərbi xərcləri hər bir amerikalı vergiödəyicisinə demək olar ki, 23,4 min dollara başa gəlib.

Pentaqonun bir qədər əvvəl dərc etdiyi sənəddə isə ABŞ-ın hərbi əməliyyatlara 16 ildə 1,52 trilyon xərclədiyi bildirilir. Watson İnstitutunun tədqiqatı təkcə Müdafiə Nazirliyinin xərclərini deyil, həmçinin Dövlət Departamentinin, Veteranların İşləri üzrə Nazirliyin və dövlət təhlükəsizliyi orqanlarının hərbi ehtiyaclarla bağlı xərclərini də nəzərə alıb. Bununla yanaşı, tədqiqata ABŞ-ın digər əməliyyatlarla bağlı xərcləri, o cümlədən Filippinə, Afrika və Avropa ölkələrinə hərbi yardımları daxil edilməyib.