XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2017 - 18:45

İspaniya hökuməti müstəqilliklə bağlı referendumlarıqanuniləşdirə bilər

"İspaniya hökuməti müstəqilliklə bağlı referendumları qanuniləşdirə bilər”.
 
APA-nın “BBC News”a istinadən verdiyi xəbərə görə, bunu İspaniya xarici işlər naziri Alfonso Dastis bildirib.
 
O qeyd edib ki, bununla da ölkə Kataloniya məsələsinin yaratdığı problemlərin öhdəsindən gəlməyi düşünür: “Bununla bağlı krallıqda referendum keçirilə bilər. Biz bu məsələnin konstitusiyaya salınması imkanlarını araşdırmaq üçün parlament komitəsi yaratmışıq. Lakin qərar bütün ispanlar tərəfindən verilməlidir”.  
 
Xatırladaq ki, bu il oktyabrın 27-də Kataloniya parlamenti İspaniyadan ayrılmağa dair qərar qəbul edib. Buna cavab olaraq İspaniya hökuməti Kataloniya parlamentini buraxıb və regionda birbaşa idarəçiliyi tətbiq edib. Dekabrın 21-nə isə növbədənkənar seçkilər təyin olunub.