XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 20:07

Oslonun mərkəzi hissəsi terrorçulardan nəhənggül dibçəkləri ilə qorunacaq

İnsanları mümkün terror hücumlarından qorumaq üçün Norveçin paytaxtı Oslo şəhərinin Karl Johans küçəsində 20 ədəd nəhəng gül dibçəyi qoyulub. Yaxın zamanlarda süni sədlərin quraşdırılması işləri davam edəcək.

Azərtac “Aftenposten” nəşrinə istinadla xəbər verir ki, hər birinin çəkisi 800 kiloqram olan və 3 ədədlik qruplar şəklində qoyulan dibçəklər nəqliyyat vasitəsi ilə həyata keçirilən terror risklərini azaldacaq. Buna bənzər sədlər əvvəllər nəqliyyat vasitələri ilə terror aktlarının törədildiyi Stokholm, Nitsa, London və Nyu-York küçələrində də quraşdırılıb.

Norveç paytaxtının mərkəzində yerləşən Karl Johans Oslonun ən uzun və izdihamlı küçələrindən biridir. Mərkəzi vağzalın qarşısından başlayan küçə parlament və milli teatr binalarının önündən keçir və kral sarayınadək uzanır. Bu küçədə çoxsaylı mağaza və kafelər yerləşir. İndiyədək küçə asan keçilən olub – yalnız 2011-ci ildə Anders Breyvik tərəfindən törədilən terror aktından sonra burada bəzi əlavə təhlükəsizlik tədbirləri görülüb.