XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2017 - 21:07

Braziliya OPEC + sazişinə qoşulmaqdanimtina edib

Braziliya OPEC + sazişinə qoşulmaqdan imtina edib.
 
APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə Braziliyanın dağ-mədən sənayesi və energetika nazirliyinin neft, təbii qaz və bərpa olunan enerji məsələləri üzrə katibi Marsio Feliks bildirib.
 
Onun sözlərinə görə, müvafiq təklif Səudiyyə Ərəbistanından gəlib.
 
“Mənin bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid bin Əbdüləziz əl-Falehlə telefon danışığım olub. Onlar Braziliyada istehsalın artımından narahatdırlar. Lakin biz Braziliyanın OPEC + sazişinə qoşulmasının mümkünsüzlüyünü qarşı tərəfə izah etdik”, deyə M.Feliks qeyd edib. Braziliyada gündəlik neft hasilatı 2,65 min barel təşkil edir. 
 
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.