XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

09 Noyabr 2017 - 19:51

Səudiyyədən vətəndaşlarına çağırış:"Livana getməyin, oranı tərk edin"

Səudiyyə Ərəbistanı hökuməti Livanda yaşayan vətəndaşlarının bu ölkəni tərk etməsi yönündə çağırış edib.

Rəsmi Ər-Riyad həmçinin müxtəlif ölkələrdə yaşayan Səudiyyə vətəndaşlarına da xəbərdarlıq ünvanlayaraq Livana səfər etməmələrini tövsiyə edib.

Qeyd edək ki, Livanın baş naziri Səid Həriri İranın ona qarşı sui-qəsd hazırlamasını səbəb göstərərək Səudiyyə Ərəbistanında istefa qərarını açıqlamışdı.

Livan mətbuatı isə Həririnin Səudiyyə Ərəbistanında hökumət üzvləri tərəfindən girov götürüldüyünü yazmışdı. Mətbuat Ər-Riyadın bununla Livana təzyiq etmək istədiyini vurğulamışdı/Axar.az.