XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2017 - 21:30

Yaşayış binası uçdu, ölən və yaralananlar var –Rusiyada + FOTO, VİDEO

Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissənin uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, 9 mərtəbəli yaşayış binasının bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.  Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur/APA.