XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Noyabr 2017 - 10:32

Putin və Trampın görüşü baş tutmayacaq –Ağ Evdən açıqlama

ABŞ və Rusiya prezidentlərinin Vyetnamda keçirilən Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) yubiley – 25-ci sammitində formal görüşü baş tutmayacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin katibi Sara Sanders bəyan edib. O qeyd edib ki, Birləşmiş Ştatların lideri Donald Trampın sıx iş qrafiki səbəbindən bu görüşü təşkil etmək mümkün olmayacaq.

Lakin Rusiya dövlət başçısı Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, prezidentlərin görüşünün razılaşdırılması davam etdirilir.