XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2017 - 15:50

Rusiyada hərbi poliqonda partlayış –Zabit və əsgər ölüb, xeyli hərbçi yaralanıb


Rusiyanın Zabaykalye diyarında yerləşən Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində zabit və əsgər ölüb.

Bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb. Hadisə nəticəsində daha bir zabit və 4 əsgər xəsarət alıb. Hadisə hədəf sahələrinin partlamamış sursatlardan təmizlənməsi zamanı baş verib. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib.

Onların həyatı üçün təhlükə yoxdur.