XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2017 - 17:46

Britaniyanın baş naziri:““Brexit”in qarşısını alacaq heç bir cəhdə yol verilməyəcək”

““Brexit”in qarşısını alacaq heç bir cəhdə yol verilməyəcək”.

Bu sözləri Böyük Britaniyanın Baş naziri Tereza Mey “Brexit”lə bağlı açıqlamasında bildirib. Yaxın vaxtlarda Baş nazirin ölkənin Avropa İttifaqından çıxacağı dəqiq tarixi açıqlayacağı gözlənilir. Bu tarixin 2019-cu il 29 mart olacağı gözlənilir.

Baş nazir qeyd edib ki, dəqiq vaxtda danışıqlar prosesinin gedişindən asılı olaraq kiçik dəyişikliklər ola bilər, lakin heç kəs şübhə etməsin ki, “Brexit” baş verməyə bilər. Bu qərar Britaniya xalqı tərəfindən verilib və hökumət bunu icra etməlidir. Yaxın gələcəkdə danışıqlar prosesinin yeni mərhələsi başlayacaq. (Azərtac)