XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 November 2017 - 23:25

ABŞ generalı:“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub”


Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub.

“AP” agentliyinin  verdiyi xəbərə görə, bunu ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant  Ceffri Harriqan bəyan edib. “Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub. Raketdə İrana aid nişanlar aşkar edilib”, deyə C.Harriqan bildirib. Noyabrın 4-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemi Yəməndə buraxılan raketi vurub. ABŞ prezidenti Donald Tramp insidentə görə rəsmi Tehranı ittiham edib. (APA)