XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Noyabr 2017 - 10:58

Sabiq prezidentlərin pensiyası azaldılsın!- ABŞ Konqresindən yeni tələb

ABŞ Konqres üzvləri ölkənin sabiq prezidentlərinin pensiya həcmini məhdudlaşdırmaq istəyirlər.

Trend-in "The Washington Examiner" qəzetinə istinadən verdiyi məlumata əsasən, hal-hazırda həyatda olan 5 sabiq prezident təxmini 205 min dollar pensiya alır.

Qanun layihəsinin müəllifi qeyd edib ki, ABŞ-ın dövlət borcu 20 trilyon dollardır. "Sabiq prezidentlər öz memuarlarının satışından və mühazirələr oxumalarından milyonlarla pul qazandığı zaman vergi ödəyicilərindən sabiq prezidentlərin xərclərinin ödənməsini istəmək heç bir çərçivəyə sığımır", deyə o bildirib.