XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2017 - 13:26

Terror aktı planlaşdıran 6 İŞİD üzvü saxlanılıb- İstanbulda

İstanbulda terror aktı planlaşdırmaqda şübhəli sayılan 6 nəfər saxlanılıb.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə İŞİD terror təşkilatına bağlı 6 nəfərdən ibarət dəstənin terror təşkilatının rəhbərliyinin təlimatı ilə terror aktı həyata keçirməyə hazırlaşdığı barədə məlumat daxil olub.
 
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 6 şübhəli saxlanılıb. Onların yaşadıqları evlərdə İŞİD terror təşkilatı ilə bağlı çoxlu sayda sənədlər və disklər aşkarlanıb.