XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Noyabr 2017 - 14:11

Filippində Donald Trampın səfərinəetiraz edirlər

Manila küçələrində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti astanasında noyabrın 12-də tədbirə qoşulacaq ABŞ Prezidenti Donald Trampın Filippinə girişini qadağan etməyə çağıran şüarlar peyda olub.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Manila şəhərinin mərkəzində “Filippində Trampa yox” şüarı sammitə gələn nümayəndələri salamlayan lövhədə də yer alıb. Şəhərin bələdiyyə xidməti naməlum şəxslərın qara boya ilə yazdıqları şüarı silməyə çalışır.

Noyabrın 10-da Filippinin paytaxtında etiraz aksiyası keçirilib. Polis şəhərin küçələri ilə ABŞ səfirliyinə yürüş etməyə çalışan aksiya iştirakçılarını dayandırıb. Etirazçılar “ABŞ-ın Filippində imperialist təcavüzü və çoxillik hökmranlığı” əleyhinə çıxış edərək Amerika əleyhinə şüarlar səsləndirib.

Xatırladaq ki, Manilada noyabrın 10-dan 14-dək 31-ci ASEAN sammiti çərçivəsində tədbirlər keçirilir. Dünya liderləri isə Filippinə noyabrın 11-dən gəlməyə başlayacaq. Manilaya “Asiya onluğu” ölkələrindən əlavə, aralarında Hindistan, Kanada, Koreya Respublikası, ABŞ, Yaponiya və digər dialoq üzrə tərəfdaş dövlətlərdən də qonaqlar gələcək. Noyabrın 12-də axşam saatlarında Filippin Prezidenti Rodriqo Duterte qonaqlar üçün ASEAN-ın 50 illik yubileyinə həsr olunan qəbul təşkil edəcək.