XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2017 - 13:58

Ərəb koalisiyası Yəmənin paytaxtına hava zərbələri endirib- Ölən və yaralananlar var

Ərəb koalisiyasına məxsus aviasiyanın Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirməsi nəticəsində azı 4 nəfər ölüb, daha 4-ü yaralanıb
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
 
Zərbələr nəticəsində bir neçə yaşayış binasına zərər dəyib, 7 ev dağılıb. Zərbələrin hədəfində  müdafiə nazirliyinin binası olub.
 
Qeyd edək ki, Yəmənin paytaxtı Sana hazırda üsyançı husilərin nəzarəti altındadır.