Səudiyyə Ərəbistanının 32 yaşlı Əbd əl-Şamraui adlı təbəəsi Livanda girov götürülüb.
“Report” “Al-Arabiyya”ya istinadən xəbər verir ki, bu haqda onun Suriya vətəndaşı olan həyat yoldaşı Fasilə Azir bildirib.
Onun sözlərinə görə, girov götürənlər onun sərbəst buraxılması üçün milyon dollar tələb edirlər.
O, Livanın Keservan bölgəsinin əl-Akibe yaşayış məntəqəsindəki evindən oğurlanıb.
Səudiyyə Ərəbistanının Livandakı səfirliyi onun azad edilməsi üçün yerli təhlükəsizlik xidməti və polis ilə əməkdaşlıq edir.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı krallığı təbəələrinə Livan ərazisini təcili tərk etməyə çağırmışdı.