XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2017 - 18:44

Yaponiyaya gələn əcnəbi turistlərin sayırekord həddə çatıb

Yaponiya hökuməti nümayəndələri cari ildə ölkəyə gələn əcnəbi turistlərin sayının rekord həddə çatdığını bildiriblər.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, 2017-ci ildə Yaponiyaya gələn əcnəbilərin sayı ötən ilin ümumi göstəricisini 24 milyonu keçib. Beləliklə, bu ölkəyə gələn xarici qonaqların sayı beş ildir ki, dayanmadan artır.

Turizm naziri Keyiçi İşii bildirib ki, keçənilki rekord bu il noyabrın 4-də arxada qalıb. Rəsmi mənbələrin rəyinə görə, artıma səbəb Çin və Rusiya vətəndaşları üçün viza şərtlərinin sadələşdirilməsi, həmçinin Cənubi Koreya və Honkonqdan aviareyslərin sayının çoxalması olub.