XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2015 - 04:53

Yəmən barədə kritik danışıq

Türkiyə prezidentinin Pakistanın baş naziri ilə telefon danışığı apardığı bildirilir.



ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın baş naziri Navaz Şərif arasında Yəməndəki vəziyyəti müzakirə etmək üçün telefon danışığı baş tutub.

Tərəflərin Yəməndəki vəziyyətin sülh yolları ilə həll edilməsi üçün atdıqları addımları yenidən dəyərləndirdikləri bildirilir. Bu barədə İslamabadda baş nazirlik bürosundan məlumat açıqlanıb.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Navaz Şərif arasında 45 dəqiqəlik telefon danışığı reallaşıb. İki lider Yaxın Şərqdəki vəziyyət haqqında fikir mübadiləsi aparmaqla yanaşı, gərginləşən vəziyyətin sülh yolu ilə həllinin tapılmasında ortaq səylərini genişləndirməli olduqlarını vurğulayıblar”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Husilər paytaxt Sənada hökumət dairələrini ələ keçirdikdən sonra prezident Əbd Rəbbo Mənsur Hadi ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınıb.