XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Noyabr 2017 - 12:32

Türkiyənin Vaşinqtondakı səfirliyindən Gülən haqda yayılan iddiaya reaksiya:"Belə şəxs hələ də ABŞ-da necə sığınacaq tapır?"

Türkiyənin Vaşinqtondakı səfirliyi terrorçu Fətullah Gülənin ABŞ-dan oğurlanaraq, Türkiyəyə göndərilməsi cəhdi haqqında yayılan iddiaları təkzib edib.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyənin bu ölkədəki diplomatik missiyasının bəyanatında vurğulanır ki, Ankara 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhdi planlaşdırmış Gülənin ekstradisiyasına hüquqi yolla nail olmaq niyyətindədir.

"Cinayətkar qrupun üzvləri tərəfindən edilmiş bütün cinayətlərin arxasında Gülən dayanır. Türk xalqı son dərəcə narahatdır və o faktdan təəccüblənir ki, belə şəxs hələ də ABŞ-da necə sığınacaq tapır", – deyə səfirliyin açıqlamasında bildirilir.

O da qeyd olunub ki, Türkiyə Gülənin və onun tərəfdarlarının cinayətkar mahiyyətini və Amerika-Türkiyə razılaşmalarını nəzərə alaraq, terror təşkilatının başçısının ekstradisiyasını tələb edilməsini izah etmək üçün ABŞ-ın vəzifəli şəxsləriylə aktiv əlaqələri davam etdirəcək/Report.