XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 15:07

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirdi –10 dinc sakin həlak oldu

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.

Bu barədə "SANA" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zərbə İraqla sərhəddəki Deyr ez-Zor vilayətinin Əl-Dueyji kəndinə endirilib. Nəticədə 10 dinc sakin həlak olub.

Agentliyin məlumatına görə, hava zərbəsinə Təl Al-Şaer yaşayış məntəqəsi və içində yaralıların, həkimlərin olduği təcili yardım maşını məruz qalıb/Report.