XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Noyabr 2017 - 18:46

İŞİD-in edam etdiyi insanların kütləvi basdırıldığı məzarlıq aşkarlandı –İraqda

İraq ordusunun ötən ay İŞİD-dən azad etdiyi Havicə yaxınlığında təxminən 400 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

 Kərkük şəhərinin valisi kütləvi məzarlığın Havicənin kənarında, İŞİD-in edam bölgəsinə çevirdiyi hərbi hava bazasında yerləşdiyini deyib.

İŞİD həmin bazadan təlim düşərgəsi kimi istifadə edirdi.

Məzarlıqda tapılanların bəzilərinin əynində mülki geyimlər, bəzilərinin isə İŞİD-in ölüm hökmü verdiyi insanlara geyindirdiyi formalar olub.