XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 20:47

Rusiyanın müasir silahı PKK-nın əlinə necə keçib? –Terrorçularda "Metis" raketi aşkarlandı

Türkiyənin Şırnak vilayətində PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı Rusiya istehsalı olan "Metis" tank əleyhinə raketi tapılıb.

Yerli rəsmilər Şırnakdakı terrorçulara məxsus sığınacaqlarda aparılan axtarışlar zamanı müxtəlif növ silahlarla yanaşı, 70 min dollar dəyərində olan və 2 min metr məsafəni vura bilən "Metis" raketini tapdıqlarını açıqlayıblar.

Sözügedən raketlə təkcə tankları deyil, helikopterləri də sıradan çıxarmaq mümkündür.

Qeyd edək ki, Rusiyanın sözügedən silahından Suriya, Şimali Koreya, Bolqarıstan və Ermənistan ordusu da istifadə edir/Axar.az.