İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.
Bu barədə “RİA Novosti”-yə İranın Qızıl Aypara cəmiyyətindəki mənbə bildirib: “Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin artacağı istisna deyil”, -deyə mənbə bildirib.
İran dövlət televiziyasının məlumatına görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardım göstərmək üçün təcili tədbirlər görməyi tapşırıb. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində İranda 200 nəfər ölüb, 1000-lərlə xəsarət alan var.