XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2017 - 14:56

Mərkəzi Kəşfiyyat İdarəsinin  sabiq direktoru:“Tramp Putindən qorxur...”

“Vyetnamda Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra ABŞ prezidentinin “Rusiya ilə çox yaxşı münasibətlər” barədə bəyanatı onu göstərir ki, Tramp Putinin təsiri altına düşüb”.

Bunu dünən CNN telekanalının efirində ABŞ-ın milli kəşfiyyat idarəsinin keçmiş direktoru Ceyms Klepper və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Con Brennan deyiblər. “İnterfaks” xəbər verir ki, Brennanın güman etdiyinə görə, Rusiya prezidenti Trampın təriflənməyə olan zəifliyindən istifadə edib, yaxud amerikalı lider “hər hansı səbəbdən” Putin tərəfindən qorxudulub. “Trampın ruslara qarşı davranışının səbəbi ya sadəlövhlük, ya səfehlik, yaxud da qorxudur”, – o bildirib.

Onun fikrincə, Trampın Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini inkar etməsi başqa ölkələrə eyham vurub ki, ona təsir göstərmək mümkündür. “Düşünürəm ki, çinlilər və ruslar əmindir ki, onunla oynaya bilərlər”, – Klepper əlavə edib.