XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

13 Noyabr 2017 - 16:44

Putini Soçiyə müşaiyət edən təyyarə sıradan çıxıb –Hava limanında qalıb

Rusiya Prezident Administrasiyasının nümayəndə heyətinin Moskva şəhərindəki "Vnukovo" hava limanında prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlara yollanmalı olduğu "Tu-204" təyyarəsi sıradan çıxıb.

"Report" "Life" portalına istinadən xəbər verir ki, təyyarədə texniki nasazlıq aşkar edilib. Vəziyyəti şərh edən Rusiya Prezidenti İşlər İdarəsinin sözçüsü Yelena Krılova qeyd edib ki, bu cür hallarda təhlükəsizlik məsələsi başlıca rol oynayır: "Hər təyyarə uçuşdan əvvəl diqqətlə yoxlanılır. İndi Kreml nümayəndələrini operativ şəkildə yeni təyyarə ilə təmin edəcəyik", – o deyib.

"Rusiya" xüsusi uçuş bölməsi operativ şəkildə təyyarəni əvəzləyib.