XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2017 - 23:25

Moqerini:“Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq etməyəcək”

 

Avropa İttifaqı İrana qarşı hər hansı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirmir. 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Avropa diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.

 “Biz bunu nə bu gün, nə də ötən həftə müzakirə etmişik. Gələcəkdə də bununla bağlı müzakirələr nəzərdə tutulmayıb. Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq etməyəcək”, – deyə F.Moqerini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 26-da ABŞ Nümayəndələr Palatası səs çoxluğu ilə İranın nüvə proqramı ilə əlaqədar rəsmi Tehrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.