XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2017 - 15:28

Zəlzələnin İrana vurduğu zərbə:400-dən çox ölü, 7 min yaralı, 12 min dağılan evlər...

İranın İraqla sərhədində baş vermiş, 400-dən çox insanın öldüyü güclü zəlzələ nəticəsində dağılan evlərin sayı təxminən 12 min qeyd olunub.

Bu rəqəmi İran üzrə Qızıl Xaç Cəmiyyətinin rəhbəri Morteza Salimi səsləndirib.

Daha öncə İranın mədəni irs və turizm naziri Əli Əsgər Munesan bildrimişdi ki, zəlzələ nəticəsində bir neçə tarixi abidə də dağılıb.

Qeyd edək ki, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda son məlumatlara görə ölənlərin sayı 450-yə yaxın olub. Yaralıların sayı 7 mindən çoxdur/Trend.