"2 gün ərzində Livana qayıdacağam".
Bu sözləri Livanın istefa vermiş baş naziri Saad Həriri Tvitter hesabında yazıb.
“Hamıya salamlar. Mən yaxşıyam. İnşallah 2 gün ərzində Livana qayıdacağam”, – deyə Həriri bildirib.
Qeyd edək ki, Həriri bir müddət əvvəl İranın özünə qarşı sui-qəsd hazırladığını bildirərək istefa vermişdi/Axar.az.