XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2017 - 12:58

Ermənistan parlamenti qarşısında gərginlik- Ttələbələrlə polis arasında toqquşma olub

Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis əməkdaşları arasında toqquşma başlayıb.
 
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, parlament binasına tərəfinə irəliləyən etirazçılar yolu bağlayıblar.
 
İrəvan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb. Polis əməkdaşları onları hadisə yerindən uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər və nəticədə toqquşma baş verib.