XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2017 - 15:37

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənəqliyyat dəhlizi yaradır

Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə beş ölkəni birləşdirən “Lyapis-lazur” nəqliyyat dəhlizinin yaradılması barədə saziş imzalayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sənədlər Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA – Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində imzalanıb.

Dəmir yolları və avtomobil yolları Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Daha sonra dəhliz Xəzərdən Bakıya, Tbilisidən Poti və Batumidə haçalanmaqla, Ankaraya, oradan da İstanbula uzanacaq.

Layihənin büdcəsi 2 milyard dollardır. Nəqliyyat dəhlizinin yaradılması barədə məsləhətləşmələr 2012-ci ildə başlanılıb. Milli dəmir yolları və avtomobil magistralları bu nəqliyyat dəhlizinin mühüm hissəsini təşkil edir.

Nəqliyyat dəhlizinin adı lazurit mineralının rəngindən götürülüb ki, bu da qədimdə Mərkəzi Asiyadan Yaxın Şərqə, Avropaya və Şimali Afrikaya aparılan əsas əşyalardan biri olub.